Novruz bayramı zamanı 7 tonqal yanğına səbəb olub

Agah.az xəbər verir ki, Novruz bayramı ilə əlaqədar tonqalda 7 yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən yayılan məlumatda bildirilib ki, Novruz bayramının qeyd edilməsi zamanı tonqalla bağlı 7 yanğın hadisəsi qeydə alınıb. Hər nə qədər nazirlik kütləvi maarifləndirmə işləri və vətəndaşlara yanğın təhlükəsizliyi qaydaları barədə dəfələrlə müraciət etsə də, bəzi vətəndaşlar tərəfindən bu qaydalara riayət olunmayıb və nəticədə yanğın hadisələri baş verib.
Nazirlik, həmçinin qeyd edib ki, Novruz bayramı ilə əlaqədar mərasimlər bir neçə bölgədə bu gün də davam edir. Əhaliyə bir daha çağırış edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl etməyə tövsiyə olunur.