Siyəzəndə oğurluq edən üç nəfər tutulub

Agah.az xəbər verir ki, Siyəzəndə istifadə olunmayan şadlıq evindən 22 min manatlıq oğurluq edən dəstə üzvləri tutulub.
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində, rayon ərazisindəki istifadəsiz şadlıq evindən oğurluq edən üç nəfər saxlanılıb. Oğurluq hadisəsini törədən şəxslər əvvəllər məhkum olunmuş Canlar Əhmədov, Elvin Mikayıkov və Ələkbər Musayevdir.
Onlar şadlıq evinə 22 min 200 manat ziyan vurublar. Hazırda faktla bağlı cinayət işi başlanıb və araşdırmalar davam edir.