Ağdamda Bıçaqlanma Hadisəsi: Şübhəli Şəxs Saxlanılıb

Ağdamda Bıçaqlanma Hadisəsi: Şübhəli Şəxs Saxlanılıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, ötən gün Ağdam rayonunda iki nəfəri bıçaqlayaraq qaçan Həsən Zaur oğlu Abdullasoylu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

“Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, H.Abdullasoylu Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin Fiziki Tərbiyə Müəllimliyi ixtisasının ikinci kursunda təhsil alır.

Saxlanılan şəxsin ötən gecə, aralarında yaranmış mübahisə zamanı Ağdam rayonunun 2007-ci il təvəllüdlü sakini Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü sakini Allahverdiyev Yaqub Elnur oğluna bıçaq zərbələri endirdiyi bildirilib. Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam edir.

Dostuna göndər xəbərdən agah olsun: