Bakıda Silah və Sursat Aşkarlanıb

Bakıda Silah və Sursat Aşkarlanıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakı şəhərində keçirilən polis əməliyyatları nəticəsində silah və sursat aşkar edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi və Yasamal rayonları ərazisində keçirilən tədbirlər zamanı 1 avtomat silahı, 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb. Həmçinin, Nəsimi rayonu ərazisində üç nəfər şəhər sakini polisə könüllü olaraq 3 avtomat silahı və 14 ədəd patron təhvil verib.

Hazırda araşdırmalar davam edir.

Dostuna göndər xəbərdən agah olsun: