Azərbaycanda Yaz Fəsli Daxil Oldu

Azərbaycanda Yaz Fəsli Daxil Oldu
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, bu gün saat 13:01:25-də Azərbaycana yaz fəsli daxil olub. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan etibarən Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu isə 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Qeyd edək ki, XXI əsrdə yaz bərabərliyi günü 19 mart tarixinə 20 dəfə, 20 mart tarixinə 78 dəfə, 21 mart tarixinə isə yalnız 2 dəfə düşəcək.

Dostuna göndər xəbərdən agah olsun: