Bakıda narkotik qəbul edərək motoxuliqanlıq edən motosikletçi həbs edildi

Bakıda narkotik qəbul edərək motoxuliqanlıq edən motosikletçi həbs edildi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakıda narkotik vasitənin təsiri altında motoxuliqanlıq edən motosiklet sürücüsü saxlanılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, BDYPİ əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozan və digər sürücülər üçün təhlükə yaradan “Tufan” markalı, 99-X-258 dövlət nömrə nişanlı motosikletin sürücüsü Fərid Məmmədov saxlanılıb.

Tibbi müayinədən sonra F.Məmmədovun narkotik vasitə qəbul etdiyi müəyyən edilib. Onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, iki ay müddətinə inzibati qaydada həbs edilib.

Açar sözlər: Bakı, avtoxuliqanlıq, motoxuliqan, narkotik, motosikletçi, yol polisi, məhkəmə qərarı.

Dostuna göndər xəbərdən agah olsun: