Naxçıvanda avtomobil yanıb

Naxçıvanda avtomobil yanıb
Dostuna göndər xəbərdən agah olsun:

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Babək rayonunun Sirab kəndində “Niva” markalı minik avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub və yanğın mühafizə bölmələri tərəfindən söndürülərək qarşısı alınıb.

Hadisə nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Dostuna göndər xəbərdən agah olsun: