Küləkli və yağıntılı hava şəraiti davam edir

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, bəzi bölgələrdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Neftçala və Şəmkirdə 20 m/s, Naftalanda 18 m/s, Şahdağda isə 17 m/s-dək güclənib. Dağlıq ərazilərdə qar yağıb və qarın hündürlüyü Şahdağda 9 sm, Qaxda (Sarıbaş) 5 sm, Qusarda (Laza) 4 sm, Qrızda 3 sm, Xınalıqda 2 sm, Daşkəsən və Xaltanda 1 sm təşkil edir.
Yağıntının miqdarı isə bölgələrə görə fərqlənir. Zaqatalada 72 mm, Balakəndə 50 mm, Şəkidə 40 mm, Şəmkirdə 25 mm, Tovuzda 24 mm, Gədəbəydə 21 mm, Gəncədə 18 mm, Oğuzda 17 mm, Göygöl və Qəbələdə 15 mm, Bakıda və Abşeron yarımadasında 8 mm, Quba, Sabirabad, Lerik, Qobustan və Şahbuzda 5 mm, Ağstafa, Yardımlı və Lənkəranda 4 mm, Mingəçevir, Beyləqan, Goranboy, Cəfərxan, Ceyrançöl və Şərurda 3 mm, Tərtər, İmişli, Sədərək və Culfada 2 mm, Yevlax, Göyçay, Kürdəmir, Ağdam, Şuşa, Laçın, Xocalı, Füzuli, Kəlbəcər, Astara, Naftalan, Şabran, Ordubad və Naxçıvanda 1 mm yağıntı qeydə alınıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6°C, Naxçıvan MR-da 7°C, Aran rayonlarında isə 8°C-yə qədər isti olub. Dağlıq rayonlarda isə 7°C-yə qədər şaxta müşahidə edilib.