Bakıda gənc qadına şantaj: 100 manatını alıb, daha 300 manat istədi

Agah.az xəbər verir ki, Bakıda 19 yaşlı qadın polisə müraciət edərək bir şəxsin onun fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələdiyini bildirib.
Məlumata görə, həmin şəxs qadından əvvəlcə 100 manat alıb, daha sonra isə 300 manat tələb edib.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən 22 yaşlı İ.Əlibəyli saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.
Açar sözlər: Bakı, şantaj, sosial şəbəkə, hədə-qorxu, cinayət işi, polis əməliyyatı.