Kürdəxanıda dəhşətli yanğın: Bir ailənin üç üzvü həyatını itirdi

Kürdəxanıda dəhşətli yanğın: Bir ailənin üç üzvü həyatını itirdi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində güclü yanğın baş verib.

Yanğın nəticəsində ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı ev tamamilə yanıb. İlkin araşdırmalar zamanı evin qəsəbə sakini, 1950-ci il təvəllüdlü Sevil Ağaəli qızı Səlimovaya məxsus olduğu müəyyən edilib. Hadisə nəticəsində ev sahibi S.Səlimova, onun qızı, 1980-ci il təvəllüdlü Nailə və 2013-cü il təvəllüdlü nəvəsi Hüseyn həyatını itirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər: Kürdəxanı, yanğın, Sabunçu rayonu, ölüm, ailə faciəsi, istintaq.

Dostuna göndər xəbərdən agah olsun: