Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir

Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, martın 19-u saat 18:00-a olan məlumata görə, ölkənin bəzi bölgələrində küləkli və yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında küləyin sürəti 28 m/s, Gəncədə 20 m/s, Goranboy və Şahdağda 19 m/s, Naftalanda 18 m/s, Tovuzda 16 m/s, Beyləqanda isə 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına görə, Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Zaqatala, İmişli, Xaltan, Göygöl, Gədəbəy, Xaçmaz, Ceyrançöl, Mingəçevir, Yevlax, Daşkəsən, Naftalan, Sabirabad, Tərtər, Xınalıq, Goranboy, Qəbələ, Oğuz və Şəkidə fasilələrlə yağış müşahidə olunur.

Dostuna göndər xəbərdən agah olsun: