DYP sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq edib

DYP sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi ölkədə hava şəraitinin pisləşməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Məlumata görə, küləkli və yağışlı hava martın 24-dək davam edəcək. Bu səbəbdən yol hərəkəti iştirakçılarından ehtiyatlı olmaları, yol hərəkəti qaydalarına ciddi əməl etmələri xahiş olunur.

Sürücülərə tövsiyə edilir ki, sürət həddini hava şəraitinə uyğun seçsinlər, qəfil manevr və ya kəskin tormozlamadan çəkinərək ötmə əməliyyatlarını minimuma endirsinlər.

Xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin sürücülərinə küləkli havada yüklərin düzgün qablaşdırılmasına diqqət yetirmək tövsiyə olunur.

Bundan əlavə, nəqliyyat vasitələrinin sürüşmə, aşma və uçulma riski olan obyektlərdən uzaqda saxlanması, mümkün qədər qapalı məkanlara park edilməsi tövsiyə edilib.

Dostuna göndər xəbərdən agah olsun: