Azərbaycanda mülki odlu silah əldəetmə yaşı 21-ə qaldırılıb

Agah.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı qanunla mülki odlu silah əldəetmə yaşı 18-dən 21-ə qaldırılıb.
Qanuna əsasən, xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlər sırasına dövlət orqanları, hüquqi şəxslər, idman və ovçuluq cəmiyyətləri, təhsil müəssisələri daxildir.
Bundan əlavə, media və sosial şəbəkə vasitəsilə qanunsuz silah alveri ilə məşğul olan şəxslər 10 ilədək azadlıqdan məhrum edilə bilərlər. Öz qulluq mövqeyindən istifadə edərək qanunsuz silah əldə edən və satanlar isə 3 ildən 5 ilədək həbs cəzası alacaq.
Lakin qeyd olunan əşyaları könüllü təhvil verən şəxslər cinayət məsuliyyətindən azad ediləcək.