Martın 20-dən etibarən ölkədə hava şəraiti dəyişəcək

Martın 20-dən etibarən ölkədə hava şəraiti dəyişəcək
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, martın 20-dən başlayaraq Azərbaycanda hava şəraitində dəyişikliklər gözlənilir.

Bakı və Abşeron yarımadası
Hava dəyişkən buludlu, arabir tutulacaq. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Temperatur gecə 6-8°, gündüz 9-13° isti olacaq.

Regionlar üzrə hava proqnozu:
🔹 Naxçıvan MR – Yağıntılı hava, şimşək, dolu və qar gözlənilir. Temperatur gecə 0-5°, gündüz 8-13° isti.
🔹 Qarabağ və Şərqi Zəngəzur – Yağıntılar intensiv olacaq, bəzi dağlıq ərazilərdə qar yağacaq. Temperatur gecə 2-6°, gündüz 6-10° isti.
🔹 Gəncə-Qazax – Arabir yağış, bəzi yerlərdə dolu və qar ehtimalı var. Temperatur gecə 4-8°, gündüz 9-14° isti.
🔹 Balakən-Şəki, Oğuz-Qəbələ – Yağıntılı hava şəraiti davam edəcək, bəzi yerlərdə qar və dolu gözlənilir. Temperatur gecə 3-7°, gündüz 8-12° isti.
🔹 Dağlıq Şirvan – Bəzi yerlərdə qar yağacağı ehtimal edilir. Temperatur gecə 2-5°, gündüz 5-9° isti.
🔹 Quba-Qusar – Yağıntılı hava, bəzi yerlərdə qar və dolu gözlənilir. Temperatur gecə 0-4°, gündüz 4-8° isti.
🔹 Mərkəzi-Aran – Arabir yağış, dolu ehtimalı var. Temperatur gecə 6-9°, gündüz 10-15° isti.
🔹 Lənkəran-Astara – Yağıntılı hava, dağlıq ərazilərdə qar gözlənilir. Temperatur gecə 3-7°, gündüz 8-13°, dağlıq ərazilərdə gecə 1-4°, gündüz 4-8° isti olacaq.

Dostuna göndər xəbərdən agah olsun: