Martın 29-da 2025-ci ilin ilk Günəş tutulması baş verəcək

Agah.az məlumat verir ki, martın 29-da bu ilin ilk Günəş tutulması müşahidə olunacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib ki, bu, qismən Günəş tutulması olacaq.
Tutulma saat 12:50:35-də başlayacaq və 16:43:25-də başa çatacaq. Hadisənin maksimum mərhələsi saat 14:48:36-da qeydə alınacaq. Ümumilikdə tutulma 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək.
Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək. Lakin Azərbaycan ərazisində bu astronomik hadisə müşahidə olunmayacaq.
Mütəxəssislər bildirirlər ki, Günəş tutulması adi astronomik hadisədir və insanlar üçün heç bir təhlükə yaratmır.