Şəkidə ağır yol qəzası: iki nəfər öldü, bir nəfər yaralandı

Şəkidə ağır yol qəzası: iki nəfər öldü, bir nəfər yaralandı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonunun Suçma kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Səhər saatlarında “VAZ-2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sərnişini, Zaqatala rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar Ramazanov və “Mercedes”in sürücüsü, Şəki şəhər sakini, 1992-ci il təvəllüdlü Allahyar Qəhrəmanov hadisə yerində dünyasını dəyişiblər.

Qəza zamanı “VAZ-2106”nın sürücüsü, 43 yaşlı Qəşəm Mustafazadə xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.

Dostuna göndər xəbərdən agah olsun: