Martın 20-də Bakıda və bölgələrdə hava yağıntılı olacaq

Agah.az məlumat verir ki, martın 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə və axşam bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı ərazilərdə isə yağıntılar intensivləşəcək və şimşək çaxacağı ehtimal edilir. Güclü şimal-qərb küləyi müşahidə olunacaq.
Havanın temperaturu gecə 6-8°, gündüz isə 9-13° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.
Bölgələrdə də bəzi yerlərdə arabir yağıntılar gözlənilir, şimşək çaxacaq, ayrı-ayrı ərazilərdə intensivləşəcək, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq. Gecə və səhər saatlarında duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9°, gündüz 9-14° isti, dağlıq ərazilərdə isə gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.