Şəkidə ağır qəza: İki nəfər öldü, bir nəfər yaralandı

Şəkidə ağır qəza: İki nəfər öldü, bir nəfər yaralandı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Şəkinin Suçma kəndi ərazisində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Səhər saatlarında VAZ-2106 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sərnişini, 1977-ci il təvəllüdlü Zaqatala sakini Vüqar Ramazanov və “Mercedes”in sürücüsü, 1992-ci il təvəllüdlü Şəki sakini Allahyar Qəhrəmanov hadisə yerində dünyasını dəyişib.

VAZ-ın sürücüsü, 43 yaşlı Qəşəm Mustafazadə isə müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə ilə bağlı cinayət işi açılıb və istintaq aparılır.

Açar sözlər: Şəki, yol qəzası, ölüm, yaralı, VAZ-2106, Mercedes, Daxili İşlər Nazirliyi, istintaq.

Dostuna göndər xəbərdən agah olsun: