Gəncədə sürücü onu döyənlərin üstünə maşın sürdü

Agah.az xəbər verir ki, Gəncədə üç nəfərin hücumuna məruz qalan sürücü avtomobili onların üzərinə sürərək vurub. Hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.
Sürücü və xəsarət alanlar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin stabil olduğu bildirilir.
Xəsarət alanların 1979-cu il təvəllüdlü M.Qəhrəmanov, 1996-cı il təvəllüdlü E.Əkbərov, 2007-ci il təvəllüdlü N.Verdiyev və 2006-cı il təvəllüdlü M.Fətullayev olduğu açıqlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində ekspertiza təyin edilib və araşdırmalar davam edir. Hüquqi qiymət araşdırmanın nəticəsinə əsasən veriləcək.
Açar sözlər: Gəncə, yol hadisəsi, sürücü, dava, avtomobil, xəsarət, polis araşdırması.