Sumqayıtda qəzaya düşən ana və oğlunun vəziyyəti açıqlandı

Sumqayıtda qəzaya düşən ana və oğlunun vəziyyəti açıqlandı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

TƏBİB-in məlumatına görə, 2014-cü il təvəllüdlü oğlan uşağının vəziyyəti stabil olsa da, 1995-ci il təvəllüdlü qadının durumu ağırdır.

Oğlan uşağı qamış sümüyünün sınığı diaqnozu ilə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib. Anası isə sol baldırın açıq yerdəyişən sınığı, qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları ilə reanimasiya şöbəsində müalicə alır.

Qeyd edək ki, qəza zamanı üçüncü sinif şagirdi Nurlan Əmənli və anası Sevil Bağışova ciddi xəsarət alıblar.

Açar sözlər: Sumqayıt, yol qəzası, ana və uşaq, TƏBİB, xəstəxana, ağır vəziyyət.

Dostuna göndər xəbərdən agah olsun: