Ərdoğan: Rusiya ABŞ-nin atəşkəs çağırışını qəbul etməlidir

Ərdoğan: Rusiya ABŞ-nin atəşkəs çağırışını qəbul etməlidir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlandiyalı həmkarı Aleksandr Stubb ilə telefon danışığı zamanı Rusiyanın ABŞ-nin atəşkəs çağırışına müsbət yanaşmasının vacibliyini vurğulayıb.

O, müharibənin ədalətli sülhlə başa çatmalı olduğunu bildirib və Türkiyənin bu istiqamətdə səylərini davam etdirdiyini qeyd edib. Ərdoğan əlavə edib ki, tərəflərdən birini təcrid etməklə ədalətli və uğurlu nəticəyə nail olmaq mümkün deyil.

Qeyd edək ki, rəsmi Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifinə hazır olduğunu bəyan edib.

Dostuna göndər xəbərdən agah olsun: