HƏMAS: Qəzzaya zərbələrə görə ABŞ məsuliyyət daşıyır

HƏMAS: Qəzzaya zərbələrə görə ABŞ məsuliyyət daşıyır
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, İsrail Silahlı Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələrə görə məsuliyyət ABŞ-nin üzərinə düşür. Bu barədə HƏMAS BFMTV telekanalı vasitəsilə bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, Vaşinqton İsrailə qeyri-məhdud siyasi və hərbi dəstək göstərdiyi üçün Qəzzada qadın və uşaqların həlak olmasına görə tam məsuliyyət daşıyır.

Bundan əvvəl Ağ Evin nümayəndəsi Kerolayn Levitt “Fox News” telekanalına açıqlamasında İsrailin Qəzzaya hava zərbələri endirməzdən əvvəl ABŞ administrasiyası ilə məsləhətləşdiyini təsdiqləyib.

Dostuna göndər xəbərdən agah olsun: