FHN əhalini qeyri-sabit hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır

FHN əhalini qeyri-sabit hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyini nəzərə alaraq, əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

FHN məlumatında qeyd olunub ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə edilir. Eyni zamanda, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi və kiçikhəcmli gəmi istifadəçilərinin belə hava şəraitində dənizə çıxmamaqları lazım olduğu vurğulanıb.

İldırım təhlükələrindən qorunmaq üçün elektrik cihazlarının şəbəkədən ayrılması, telefonla danışmama və hündür ağacların altında daldalanmamağın vacibliyi bildirilir. Ayrıca, avtomobildə olduqda hərəkəti dayandırmaq və ildırımın bitməsini gözləmək tövsiyə edilir.

İntensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün isə təhlükəli ərazilərdən uzaq durmaq və bu vəziyyətlə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq məsləhət görülür.

Dostuna göndər xəbərdən agah olsun: