Martın 18-dən etibarən ölkə ərazisində qeyri-sabit hava şəraiti gözlənilir

Agah.az xəbər verir ki, martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi və fasilələrlə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcək.
Milli Hidrometeorologiya Xidməti bu barədə xəbərdarlıq yayıb. Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Dağlıq rayonlarda isə sulu qar və qar yağacağı ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar olaraq çaylarda sululuğun artacağı və Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi bildirilir. Qeyri-sabit hava şəraiti martın 25-i gündüzədək davam edəcək.