Prezident İlham Əliyev və Mehriban Əliyeva Suqovuşanda yeni yaşayış kompleksini açdılar

Agah.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa edilən yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.
Dövlət başçısı və birinci xanım yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.