Martın 19-da Bakıda və bölgələrdə hava şəraiti dəyişəcək

Martın 19-da Bakıda və bölgələrdə hava şəraiti dəyişəcək
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, martın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz keçsə də, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, hətta arabir intensivləşəcəyi və şimşək çaxacağı ehtimal edilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bəzi ərazilərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı bölgələrdə yağışın intensivləşəcəyi, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 10-15°, gündüz 18-23° isti, dağlıq ərazilərdə gecə 0-3°, gündüz 3-6° isti olacaq.

Dostuna göndər xəbərdən agah olsun: