Ermənistan ordusu Azərbaycan mövqelərini atəşə tutub

Agah.az xəbər verir ki, martın 18-i saat 08:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bundan əvvəl, martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan ordusu Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi fasilələrlə atəşə tutmuşdu.