Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı

Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Respublika Endokrinoloji Mərkəzinin bir sıra vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.

Baş Prokurorluq və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatına görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-axtarış tədbirləri zamanı Mərkəzin vəzifəli şəxslərinin qanunsuz əməlləri müəyyən edilib.

Onların şəkərli diabet xəstələrinin qeydiyyata alınması, dərman vasitələri ilə təmin olunması və digər məsələlərdə qanunsuz təsir göstərərək müxtəlif məbləğlərdə pul vəsaiti almalarına dair əsaslı şübhələr yaranıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddələri ilə cinayət işi açılıb. Hazırda araşdırmalar davam etdirilir.

Açar sözlər: Respublika Endokrinoloji Mərkəzi, korrupsiya, cinayət işi, TƏBİB, Baş Prokurorluq, şəkərli diabet, vəzifə səlahiyyətlərindən sui-istifadə.

Dostuna göndər xəbərdən agah olsun: