Astarada Cüdo Zalı Fəaliyyətə Başladı

Agah.az xəbər verir ki, Astara Olimpiya İdman Kompleksinin nəzdində yeni cüdo zalı fəaliyyətə başlayıb.
Azərbaycan Cüdo Federasiyasının (ACF) məlumatına görə, açılış mərasimində ACF prezidentinin müşaviri Natiq Bağırov, dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov, federasiyanın regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov və Ruslan Yunusov, həmçinin Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər rəsmi şəxslər iştirak ediblər.
Yeni cüdo zalı Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara uyğun tatami və digər zəruri avadanlıqlarla təchiz edilib.