Bir Sıra Ölkələr Ukraynaya Sülhməramlı Qüvvə Göndərməyə Hazırdır

Bir Sıra Ölkələr Ukraynaya Sülhməramlı Qüvvə Göndərməyə Hazırdır
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, bir çox ölkə Ukraynaya sülhməramlı qüvvə göndərmək üçün hazırlıqlar görür. Böyük Britaniyanın Baş naziri Kir Starmerin rəsmi nümayəndəsinin verdiyi məlumata görə, bu prosesə geniş miqyasda qoşun göndərən və müxtəlif yollarla dəstək verən ölkələr daxildir.

Martın 15-də Kir Starmer Ukraynaya dəstək və təhlükəsizlik təminatlarını müzakirə etmək üçün “istəklilər koalisiyası” liderləri ilə onlayn görüş keçirib. KİV isə Britaniyanın Ukraynada sülhməramlılar yerləşdirmə planlarından xəbər tutub.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron 37 ölkəni Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsinə və Kiyevə təhlükəsizlik zəmanəti verməyə cəlb etməyə çalışır.

Dostuna göndər xəbərdən agah olsun: