Baş Nazir Əli Əsədov Türkiyənin Yeni Səfiri ilə Görüşüb

Agah.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüş keçirib.
Görüş zamanı Baş nazir B.Akgünü Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək ona uğurlar arzulayıb. Tərəflər Azərbaycan-Türkiyə əlaqələrinin dövlət başçılarının səyləri nəticəsində ən yüksək müttəfiqlik və strateji tərəfdaşlıq səviyyəsinə çatmasını məmnunluqla qeyd ediblər.
Həmçinin iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib.