Bakıda və Bölgələrdə Güclü Külək Gözlənilir – Xəbərdarlıq Verildi

Bakıda və Bölgələrdə Güclü Külək Gözlənilir – Xəbərdarlıq Verildi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, martın 18-23-də Bakıda, Abşeron yarımadasında və bəzi bölgələrdə güclü küləkli hava şəraiti gözlənilir. Bu səbəbdən Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq elan edib.

Sarı xəbərdarlığa uyğun olaraq, Ağstafa, Tovuz, Gəncə, Göygöl, Qazax, Ceyrançöl, Şəmkir, Samux, Gədəbəy, Naxçıvan MR, Beyləqan, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, İmişli, Salyan, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Masallı, Mingəçevir, Şirvan, Hacıqabul, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax, Şabran, Qusar, Siyəzən, Xızı, Xaçmaz, Ağcabədi, Altıağac, Göyçay, Ağdaş, Yevlax, Tərtər və Bərdədə şimal-qərb küləyinin sürəti 13.9-20.7 m/san olacaq.

Narıncı xəbərdarlıq isə Cəlilabad, Lerik, Yardımlı, Neftçala, Daşkəsən, Şəki, Goranboy, Qobustan, Kəlbəcər, Laçın və Zəngilanı əhatə edir. Bu ərazilərdə küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Bakı və Abşeron yarımadasında isə martın 19-dan 23-dək fasilələrlə əsəcək şimal-qərb küləyinin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Dostuna göndər xəbərdən agah olsun: