Tacikistanda Neft Bazasında Yanğın: Bir Nəfər Ölüb

Tacikistanda Neft Bazasında Yanğın: Bir Nəfər Ölüb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Tacikistanın Spitamen rayonunda yerləşən neft bazasında baş verən yanğın nəticəsində bir nəfər həyatını itirib.

Tacikistan Daxili İşlər Nazirliyinin Yanğınsöndürmə xidmətinin məlumatına görə, yanğına avtosisternin yanacaqla doldurulması zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Yanğının söndürülməsi üçün təxminən iki saat vaxt sərf edilib. Hazırda dəymiş zərərin miqdarını müəyyən etmək üçün mütəxəssislər hadisə yerində araşdırma aparır.

Dostuna göndər xəbərdən agah olsun: