Prezident İlham Əliyev Şimali Makedoniya Prezidentinə Başsağlığı Verib

Prezident İlham Əliyev Şimali Makedoniya Prezidentinə Başsağlığı Verib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovaya başsağlığı məktubu göndərib.

Məktubda Koçani şəhərində baş vermiş faciə nəticəsində çox sayda insanın həlak olması və yaralanması ilə bağlı dərin kədər ifadə olunub. Prezident İlham Əliyev bu ağır itki ilə əlaqədar Şimali Makedoniya xalqına, həlak olanların ailələrinə başsağlığı verərək, yaralılara şəfa diləyib.

Dostuna göndər xəbərdən agah olsun: