Səhiyyə Nazirliyi bayram günlərində sağlamlıqla bağlı xəbərdarlıq edib

Səhiyyə Nazirliyi bayram günlərində sağlamlıqla bağlı xəbərdarlıq edib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün əhaliyə müraciət edib.

Nazirliyin məlumatına görə, yaz mövsümünün qeyri-sabit hava şəraiti ilə müşayiət olunması respirator infeksiyalar və mövsümi qrip hallarının artmasına səbəb ola bilər. Bundan əlavə, Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi gözlənilir ki, bu da yoluxma riskini artırır.

Mütəxəssislər oruc tutan insanlara iftar zamanı qida qəbulunda diqqətli olmağı, həddən artıq və qarışıq qidalanmadan çəkinməyi tövsiyə ediblər. Yoluxucu xəstəliklərin qarşısını almaq üçün bayram günlərində kütləvi məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, əl gigiyenasına riayət və vitaminlə zəngin qidalara üstünlük vermək tövsiyə edilir.

Bundan əlavə, yaz fəslində havaların dəyişkənliyi nəzərə alınaraq, geyimlərin hava şəraitinə uyğunlaşdırılması tövsiyə olunub.

Dostuna göndər xəbərdən agah olsun: