Son iki gündə itkin düşən 19 nəfər tapılıb

Agah.az xəbər verir ki, martın 15-i və 16-da ölkə ərazisində itkin düşən 19 nəfər polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində tapılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, bu şəxslər ailə üzvlərini xəbərdar etmədən yaşayış ünvanlarını tərk etdiklərinə görə itkin düşmüş hesab olunublar. Axtarışa verilən şəxslər tapılaraq aidiyyəti üzrə təhvil verilib.