Bakının Yasamal rayonunda qaz təchizatında fasilə olacaq

Bakının Yasamal rayonunda qaz təchizatında fasilə olacaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, Yasamal rayonu, Landau küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar martın 17-si saat 10:00-dan etibarən qaz verilişi dayandırılacaq.

Qaz təchizatındakı fasilə Ə.Ələkbərov, M.Rahim, A.Sultanova, H.Cavid və K.Kazımzadə küçələrindəki istehlakçılara təsir göstərəcək.

Dostuna göndər xəbərdən agah olsun: