Martın 18-23-də ölkədə güclü külək gözlənilir – Xəbərdarlıq

Martın 18-23-də ölkədə güclü külək gözlənilir – Xəbərdarlıq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, Milli Hidrometeorologiya Xidməti martın 18-23-də Bakıda, Abşeron yarımadasında və ölkənin bəzi bölgələrində güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edib.

Ağstafa, Tovuz, Gəncə, Göygöl, Qazax, Ceyrançöl, Şəmkir, Samux, Gədəbəy, Naxçıvan MR, Beyləqan, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, İmişli, Cəlilabad, Lerik, Yardımlı, Salyan, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Masallı, Mingəçevir, Hacıqabul, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax, Şabran, Qusar, Siyəzən, Xızı, Xaçmaz, Ağcabədi, Altıağac, Göyçay, Ağdaş, Yevlax, Tərtər və Bərdədə şimal-qərb küləyinin sürəti 13.9-20.7 m/san olacaq və bu səbəbdən sarı xəbərdarlıq verilib.

Daha güclü külək Neftçala, Daşkəsən, Şəki, Goranboy, Qobustan, Kəlbəcər, Laçın və Zəngilanda gözlənilir. Bu bölgələrdə küləyin sürəti 20.8-28.4 m/san olacaq və narıncı xəbərdarlıq qüvvədədir.

Bakıda və Abşeron yarımadasında isə martın 19-dan 23-dək fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Dostuna göndər xəbərdən agah olsun: