Martın 17-də ölkə ərazisində isti və yağmursuz hava gözlənilir

Agah.az məlumat verir ki, martın 17-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13°, gündüz isə 23-28° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz isə 45-50 % təşkil edəcək.
Ölkənin digər rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə oluna bilər. Şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 8-13°, gündüz 26-31° isti, dağlıq ərazilərdə isə gecə 5-10°, gündüz 20-25° isti olacaq.