Ağdərə rayonunda meşə yanğını söndürüldü

Ağdərə rayonunda meşə yanğını söndürüldü
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdərə rayonu, Çıldıran və Çapar kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğının daha geniş sahəyə yayılmasının qarşısı alınıb. Hadisə zamanı 80 hektar sahədə quru ot və xəzəl, həmçinin 40 ədəd qurumuş ağac yanıb. Sıx meşəlik ərazi yanğından qorunub.

Dostuna göndər xəbərdən agah olsun: