Qabil Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı: 24 maddə ilə günahlandırılır

Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq rəsmi məlumat təqdim edib.
Həmin məlumatda bildirilir ki, təqsirləndirilən şəxs Qabil Əmrah oğlu Məmmədov barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi xəbərdarlıq olunub.
Bildirilib ki, Qabil Məmmədov şəxsiyyət vəsiqəsi ilə birlikdə 17 aprel 2025-ci il tarixində saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlı sahəsi, 3105-ci məhəllə ünvanında Baş Prokurorluğun İstintaq İdarəsinin İnzibati binasına gəlməlidir.
Vurğulanıb ki, Qabil Məmmədov cinayət məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilir.
Həmçinin, Qabil Məmmədov sosial media hesablarından açıq terrorçuluğa çağırışlar edib.(oxu.az)
Daha ətraflı İctimai TV-nin videomaterialında: