BDYPİ səhhətində ciddi problem olan sürücülərə müraciət etdi

Agah.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək, onların sükan arxasına keçməməsini tövsiyə edib.
Son dövrlərdə bu cür hadisələrin artdığını vurğulayan qurum, sürücülərin həm öz həyatlarını, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini riskə atmamalı olduqlarını bildirib. BDYPİ, ağır xəstəlikləri olan sürücülərin yaxınlarına da məsuliyyətli davranaraq, bu hallara qarşı barışmaz mövqe sərgiləməyi tövsiyə edib.
Qeyd edək ki, ötən gün Bakı-Şamaxı-Yevlax yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən hissəsində “Toyota Prius” markalı avtomobil beton arakəsməyə çırpılıb. Nəticədə sürücü Fərid İsmayılov hadisə yerində həyatını itirib. İlkin ehtimala görə, qəza onun səhhətində yaranan problemdən qaynaqlanıb.