“Şamaxı” Ayxan Abbasovla yeni müqavilə imzaladı

Agah.az xəbər verir ki, “Şamaxı” klubu baş məşqçi Ayxan Abbasovla müqaviləni uzadıb.
Klubun mətbuat xidmətinin məlumatına görə, yeni anlaşma növbəti mövsümün sonuna qədər qüvvədə olacaq.
Qeyd edək ki, 44 yaşlı mütəxəssis cari mövsümün əvvəlindən “Şamaxı” komandasına rəhbərlik edir. O, eyni zamanda iki gün öncə Azərbaycanın U-21 millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.