“HƏMAS” atəşkəs müqabilində daha bir girovu azad etməyə hazırdır

Agah.az xəbər verir ki, İsrail Qəzzada atəşkəs rejiminə əməl etsə, “HƏMAS” daha bir girovu azad edəcək və dörd nəfərin qalıqlarını qaytaracaq.
Bu barədə “ABC News” Fələstin hərəkatının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb. Məlumata görə, “HƏMAS” bu addımı müstəsna sövdələşmə kimi qiymətləndirir və atəşkəsin ikinci mərhələsi üzrə danışıqların davam etdirilməsində israrlıdır.
Bundan əlavə, hərəkat İsraildən Qəzzaya humanitar yardımların maneəsiz daxil olmasını təmin etməyi, qoşunlarını Misirlə sərhəddə yerləşən Filadelfi dəhlizindən çıxarmağı və fələstinli məhbusların azad edilməsini tələb edir.