Cəlilabadda yaşayış evi yanaraq külə döndü

Agah.az xəbər verir ki, Cəlilabad rayonunun Sabirabad kəndində fərdi yaşayış evində güclü yanğın baş verib.
Məlumata görə, hadisə Rəşid Səfərova məxsus 220 kvadratmetr sahəsi olan, ikimərtəbəli və 10 otaqlı evdə qeydə alınıb. Yanğın qısa müddətdə alovu bütün binaya yayaraq evi tamamilə yararsız vəziyyətə salıb.
Yanğının söndürülməsi üçün Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası hadisə yerinə cəlb edilib. İlkin araşdırmalara əsasən, yanğının Novruz bayramı münasibətilə şirniyyat bişirilməsi zamanı elektrik sobasının uzun müddət qoşulu qalması nəticəsində baş verdiyi ehtimal edilir.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.