Martın 18-dən etibarən hava kəskin dəyişəcək – Xəbərdarlıq

Agah.az xəbər verir ki, martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal-qərb küləyi arabir güclənəcək, fasilələrlə yağıntılı hava müşahidə olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 10-15 dərəcə enəcək.
Bəzi bölgələrdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda isə sulu qar və qar yağacağı proqnozlaşdırılır. Çaylarda sululuğun artması və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal edilir.
Qeyri-sabit hava şəraitinin martın 24-dək davam edəcəyi bildirilib.