FHN-dən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət

Agah.az xəbər verir ki, havanın temperaturunun artması ilə əlaqədar açıq sahələrdə, xüsusilə dağlıq və dağətəyi bölgələrdə yanğın hadisələrinin sayı artıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) bu təhlükəli vəziyyətlə bağlı əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırıb. Nazirlikdən bildirilib ki, yalnız Dövlət Yanğından Mühafizə Xidmətinin operativ müdaxiləsi nəticəsində bu yanğınların qarşısı alınaraq daha geniş fəsadların qarşısı alınıb.
Araşdırmalara əsasən, baş verən yanğınların əsas səbəbi bəzi vətəndaşların odla ehtiyatsız davranmasıdır. FHN vətəndaşlardan ehtiyatlı olmalarını, odla diqqətli davranmalarını və yanğın təhlükəsi yarada biləcək hallardan çəkinmələrini tələb edir.