Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edildi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin bir qrup hərbi qulluqçusunun təltif edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, aşağıdakı hərbçilər müxtəlif orden və medallarla mükafatlandırılıb:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni:

  • Polkovnik-leytenant Vasif Asif oğlu Əsgərov
  • Polkovnik-leytenant Ruslan Cəmil oğlu Mirzəyev

“Vətən uğrunda” medalı:

  • Polkovnik-leytenant Ramin Əfsələddin oğlu İsmayılov
  • Mayor Nofəl Arif oğlu Behbudov

“Hərbi xidmətlərə görə” medalı:

  • Polkovnik-leytenant Hafiz Sakit oğlu Abbasov
  • Polkovnik-leytenant Eldəniz Yaşar oğlu Ələkbərov
  • Mayor Tural Front oğlu Abdullayev
  • Mayor Pərviz Barat oğlu Eyvazlı
  • Mayor Elməddin Nəcməddin oğlu Mayılov
  • Mayor İlqar Sabir oğlu Musayev
  • Kapitan Fuad Abdulla oğlu Heydərov
  • Kapitan Fadiq İsa oğlu Nəcəfov

Mükafatlandırılan hərbçilər dövlət təhlükəsizliyi və strateji obyektlərin mühafizəsində göstərdikləri xidmətlərə görə təltif ediliblər.

Dostuna göndər xəbərdən agah olsun: