Polis 43 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Agah.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində ötən gün qanunsuz dövriyyədən ümumilikdə 43,4 kiloqramdan çox narkotik vasitə götürülüb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, aşkarlanan narkotik maddələr arasında 4,3 kiloqram heroin, 34,1 kiloqram marixuana, 5 kiloqrama yaxın metamfetamin və 19 ədəd psixotrop tərkibli həb var.