Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır

Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını müsbət qarşılayır.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Əminik ki, əldə edilən razılaşmalar və bu tarixi sənədin imzalanması Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına, eləcə də Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və rifahın təmin olunmasına mühüm töhfə verəcək”, – bəyanatda vurğulanıb.

Qazaxıstan XİN həmçinin Bakı və İrəvan arasında konstruktiv dialoqun davam etdirilməsini və uzunmüddətli sülhün təmin olunması istiqamətində atılan addımları dəstəklədiyini bəyan edib.

Dostuna göndər xəbərdən agah olsun: